Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 659 $▼0.09%
  • Ethereum2 231 $▼0.18%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

"Düşünürəm ki, ən qısa zamanda Xankəndində Azərbaycan bayrağının dalğalanmasının şahidi ola biləcəyik..."

image-76cb1655-a7c2-41b2-92da-99b230df6a9d
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sülh danışıqları istiqamətində Ermənistan dövləti nə vaxt və hansı situasiyada öz öhdəliklərini icra edəcək? Əgər danışıqlar yenə də uzansa, Azərbaycanla Ermənistanın şərti sərhədində ölkəmiz tərəfindən hərbi əməliyyatlar keçirilə bilərmi? 

Mövzu ilə bağlı Millət vəkili Naqif Həmzəyev Busaat.az-a açıqlama verib:

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün Ermənistana sülh əlini uzatdı. Amma təəssüflər olsun ki, bu müddət ərzində Ermənistan bu üzərinə götürdüyü öhdəlikləri və verdiyi sözləri yerinə yetirmir. Nəticə etibarilə sülh prosesi uzanır. Ancaq  Azərbaycan Prezidenti cənab İlham Əliyevin 28 may tarixində Laçında keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması ilə əlaqədar sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, Azərbaycan sonuncu həmlələrini də etməyə hazırdı. Sadəcə hələlik Azərbaycan səbr edir. Ermənistana və xüsusilə də separatçılara sonuncu şans vermək qərarındadı. Bu şansı da Prezident özü səsləndirdi. Əgər separatçılar yaradılmış bu imkanı düzgün dəyərləndirsələr və silahı yerə qoyub Azərbaycan torpaqlarını tərk etsələr, tutduqları qondarma vəzifələrdən imtina etsələr, o zaman anti – terror əməliyyatı olmadan həmin ermənilərin Azərbaycana inteqrasiyası baş tuta bilər.

Moldovadakı beştərəfli görüşdən sonra iyunun 21 – də Brüsseldə üçtərəfli görüşün keçirilməsi hər kəsə məlum oldu. Moldova görüşündə bu görüşə yaxşı bir zəmin olduğu da vurğulandı. Ehtimal var ki, Brüssel görüşündə Paşinyan real addımlar ata bilsin, konkret olaraq yeni bəndlər ətrafında razılıqlar əldə olunsun. Düşünürəm ki, əgər belə bir irəliləyiş əldə edilərsə anti – terror əməliyyatı olmadan Xankəndi və ətraf ərazilərdəki separatçıların oradan çıxmasının şahidi ola bilərik. Əks təqdirdə isə hər an Azərbaycan hərbi əməliyyatlar keçirə bilər. Bu Azərbaycanın suveren haqqıdır. Necə ki, Azərbaycan 2 il yarımdan çox müddət ərzində Ermənistanı sülhəməcburetmə siyasətini həyata keçirə bildi. Və bu siyasətin nəticəsi olaraq artıq Paşinyan çəkinmədən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edir. Düşünürəm ki, bu siyasət davam etdiriləcək. Ən qısa zamanda biz Xankəndində Azərbaycan bayrağının dalğalanmasının şahidi ola biləcəyik…”

Bünyamin Bünyadzadə

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111601