UEFA-nın prezidenti Aleksandr Çeferin Avropa Superliqasından ayrılmayan “Barselona”, “Real” və “Yuventus”un mümkün cəzalandırılmasından danışıb.
Busaat.az gianlucadimarzio.com-a istinadən xəbər verir ki, iyunun 9-da qitənin ali futbol qurumu bu 3 kluba qarşı işi müvəqqəti dayandırıb. Çeferin isə məsələ ilə bağlı deyib:
“Sadəcə demək istəyirəm ki, ədalət bəzən gec olur, amma həmişə gəlir. UEFA İntizam Komitəsinin işinin detalarına toxunmadım, amma təbii ki, indi məhkəmə ilə problem həll olunmalıdır. Əvvəlcə hüquqi məsələləri həll edək. Yalnız bundan sonra işimizə davam edəcəyik”.
Qeyd edək ki, aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb.
qol.az