“Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakov “Yuventus”a keçə bilər.
Busaat.az xəbər verir ki, bu barədə Calciomercato məlumat yayıb.
Mənbə bildirib ki, Turin klubunun bossları 21 yaşlı ukraynalı yarımmüdafiəçinin transferində maraqlıdır. Digər Avropa klubları da futbolçunu izləyir.
Ötən mövsüm Sudakov “Şaxtyor”un heyətində bütün yarışlarda 39 oyun keçirib, 5 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun Ukrayna klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə, futbolçunun təxmini dəyəri 15 milyon avrodur.
Avropa çempionatında Ukraynanın gənclər komandasının tərkibində Sudakov beş oyun keçirib və üç qol vurub. Daha əvvəl “Yuventus”un italiyalı yarımmüdafiəçi Manuel Lokatelli ilə mümkün müqaviləni uzadacağı barədə məlumat yayılmışdı.