Xavi “Barselona”nın ən çətin rəqiblərinin adını çəkdi

image-xavibackend

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubu üçün ən çətin rəqibin kim olduğu sualını cavablandırıb.

Busaat.az xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.

“Ən çətin rəqib? “Real Madrid”ə qarşı həmişə çətin olur” – Xavi deyib.

Xavi 2021-ci ildən “Barselona”ya rəhbərlik edir. Mütəxəssisin klubla müqaviləsi 2023-cü ilə qədərdir. Xavi Kataloniya klubuna İspaniya çempionatında və ölkə Superkubokunda qələbə qazandırıb.

İspaniya çempionatının cari mövsümünün səkkiz turundan sonra “Barselona” 20 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider “Real Madrid”dən bir xal geri qalır.

Növbəti turda “Barselona” “Qranada” ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 8-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90