Busaat.az xəbər verir ki, UEFA 2028-ci il futbol üzrə Avropa çempionatının ev sahibini təsdiqləyib. Onlar Böyük Britaniya və İrlandiyadır.
AVRO-2028 oyunlarının Belfast, Birmingem, Kardiff, Dublin, Qlazqo, Liverpul, London, Mançester və Nyukaslda keçiriləcəyi gözlənilir. Avropa çempionatı dörd ildən bir UEFA-nın üzvü olan milli komandalar arasında keçirilir. Avro 2028 sayca 18-ci turnirdir.
Qeyd edək ki, 2024-cü il Avropa çempionatı Almaniyada 10 şəhər və 10 stadionda keçiriləcək. Turnir iyunun 14-də başlayır və iyulun 14-də başa çatır. Final mərhələsində, qrup mərhələsində 24 komanda mübarizə aparacaq.
Futbol üzrə Avropa çempionatının hazırkı qalibi Avro-2020-nin finalında İngiltərəni Londonun “Uembli” stadionunda penaltilər seriyasında məğlub edən İtaliya komandasıdır.