Ekspert: “BMT TŞ-nin iclasının nəticələri Azərbaycanın diplomatik qələbəsidir”

image-iqor-korotcenkobackend

“BMT Təhlükəsizlik Şurasının Laçın yolunda vəziyyətə dair iclasının nəticələrini Azərbaycanın diplomatik və siyasi qələbəsi adlandırmaq olar”.

Busaat.az xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosuna Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko bildirib.

“Ermənistan Xarici İşlər Nazirliyi faktiki olaraq sarsıdıcı fiaskoya uğradı. Azərbaycan tərəfinin arqumentləri nəzərə alındı. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi çox peşəkarcasına işlədi və çox aydın arqumentlər səsləndirdi”, – ekspert bildirib.

İ.Korotçenko qeyd edib ki, müzakirələrdə iştirak edən ölkələrin əksəriyyəti siyasi dialoqun tərəfdarı olub: “Ölkələrin böyük əksəriyyəti üçün Ağdam-Xankəndi yolunun Qarabağ bölgəsinin humanitar yüklə təmini üçün ən uğurlu və qaneedici variant olduğu aydındır”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90