“Erməni minalarında biz də partlaya bilərdik” – İqor Korotçenko

image-korotbackend

Rusiyalı hərbi ekspert və jurnalist İqor Korotçenko Kəlbəcərdə azərbaycanlı jurnalistlərin ermənilər tərəfindən quraşdırılan minaya düşərək həlak olmasına münasibət bildirib. Busaat.az  xəbər verir ki, o bu barədə öz feysbuk hesabında yazıb.

Korotçenko hadisəyə beynəlxalq jurnalist birliklərindən reaksiya verilməsini və Ermənistandan minalanmış ərazilərinin xəritələrini dərhal Azərbaycana təhvil verməsini tələb edib.

“Azərbaycanlı jurnalistlərin olduğu maşın Kəlbəcər rayonunda erməni minalarına düşərək partlayıb, ölən və yaralananlar var. İstisna deyil ki, yolun minalanmasının erməni diversiya qrupları tərəfindən həyata keçirildiyi mümkündür. Peşə borcunu yerinə yetirən həmkarlarımız öldürüldü.

Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin hamısında mina təhlükəsi mövcuddur. Bu yaxınlarda Ağdam və Füzuli bölgələrini ziyarət edən rusiyalı jurnalistlər və mütəxəssislər olaraq biz də riskə getmişdik, lakin baş verənlər barədə obyektiv məlumat vermək üçün vəzifəmizi yerinə yetirdik. Erməni minalarında biz də partlaya bilərdik.

Hesab edirəm ki, Azərbaycan jurnalistlərinin ölümü ilə əlaqədar Rusiya Jurnalistlər Birliyi başsağlığı vermək üçün rəsmi bir açıqlama verməli və rəsmi İrəvanın işğaldan azad edilmiş ərazilərdəki erməni minalanmış ərazilərinin xəritələrini dərhal Azərbaycana təhvil verməsini, habelə erməni diversantlarının göndərilməsini dayandırmasını tələb etməlidir.

Faciəyə beynəlxalq jurnalist birliklərindən reaksiya gözləyirik. Ümumi tələb minalanmış ərazilərin xəritələrinin təhvil verilməsinə məcbur etmək üçün Ermənistana siyasi təzyiq göstərməkdir”, – deyə Korotçenko qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90