Ekspert həyacan təbili çaldı: “Diplomatlarımıza qarşı sui-qəsd edilə bilər” – ŞƏRH

image-1646590974_yx1ftqhv4l771backend

 Sentyabrın 11-dən 12-nə keçən gecə ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Azərbaycan səfirliyinə aid xidməti maşın silahlı hücuma məruz qalıb. Hadisədən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkilini Nazirliyə çağırıb və narahatlıq ifadə olunub.

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının davam etdiyi zamanda, həmçinin bu danışıqların müsbətə doğru irəliləməsi fonunda baş verən terrorun nə kimi məqsədlərə hesablandığı ciddi sual doğurur.

Bu təxribatın arxasında kimlər dayanır? Təxribat hazırda müsbət yöndə davam edən sülh danışıqlarına maneə olmaq məqsədilə həyata keçirilə bilərmi?

Məsələ ilə bağlı Busaat.az-ın suallarını təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl cavablandırıb:

image-ilham-e1587546276180-460x242

“Baş verən bu tip hadisələrin olacağı barəsində biz, mən şəxsən ekspert olaraq həm Praqa görüşü, həm də 13-14 Sentyabr hadisələrindən sonra xəbərdarlıq etmişdik. Bilirsiz tarixə baxsaq ermənilər lap 1915-ci ildən bəri öz aləmlərində qisas almaq üçün terror təşkilatları yaratdılar və terror hadisələri törətdilər. Keçən əsrin 70-ci illərində 28 türk diplomatını həmin qisas zəmnində öldürdülər…”

Vaşinqton hadisələrinə toxunan ekspert burada da ermənilərin izi olduğunu söyləyib: “İndi də Vaşinqton təxribatında başqa qüvvələri yox məhz ermənilərin özünü axtarmaq lazımdır. Hadisədə nə ABŞ-ın, nə də ki Rusiyanın marağı var. Ermənilərin xislətində bu var. Xüsusilə Praqa görüşündə əldə edilən razılaşmalardan sonra bu təxribatların həyata keçirilməsi gözlənilən idi. Azərbaycana və Azərbaycan diplomatlarına qarşı terror hücumları nəinki ABŞ-da, eləcə də Fransada ümumiyyətlə ermənilərin daha çox fəal olduğu, lobbilərinin, eyni zamanda diasporanın güclü olduğu yerlərdə tamamilə mümkündür”.

Ekspert eyni zamanda Azərbaycan diplomatlarının hədəf alına biləcəyini, buna görə də ehtiyatlı olmağın vacib olduğunu qeyd edib: “Hətta əvvəl yazmışdım ki, əgər bu gün səfirliklər qarşısında etiraz edirlərsə, səfirliklərə hücum edirlərsə sabah hədəf diplomatlarımızın qətli ola bilər, qətl törədə bilərlər. Bu mənada Azərbaycan səfirliklərindəki təhlükəsizlik məsələləri çox yüksək səviyyəyə qaldırılmalıdır, əlavə ştatlar açılmalıdır. Bu kimi terror aktları gözləniləndir, bundan sonra da davam edəcək. Ona görə də biz sözün həqiqi mənasında ayıq-sayıq olmalıyıq”.

Busaat.az 

Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki