Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 220 $▼1.47%
  • Ethereum1 907 $▼1.07%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ekvadorda prezident və parlament seçkilərində səsvermə başlayıb

image-ekvador
Ekvador
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ekvadorda prezident və parlament seçkilərində səsvermə başlayıb.

Busaat.az xəbər verir ki, seçki məntəqələri saat 17:00-dək (Bakı vaxtı ilə 00:00) açıq olacaq.

Ən yüksək dövlət postu uğrunda səkkiz namizəd mübarizə aparır. 2025-ci ildə səlahiyyət müddəti başa çatmalı olan hazırkı prezident Gilyermo Lasso seçkilərdə iştirak etmir. Sorğulara görə, “Vətəndaş İnqilabı” sol hərəkatının namizədi, eks-prezident Rafael Korreanın (2007-2017-ci illərdə dövlət başçısı olub) hökumətində müxtəlif vəzifələrdə çalışmış Luis Qonzales yarışın favoriti hesab olunur.

Onun üçün əsas rəqib sağ mərkəzçi alyansın namizədi Yan Topik, ekoloji fəal Yaku Peres, sol və sol mərkəzçi partiyaların “Əlbəttə ki, mümkündür” koalisiyasını təmsil edən keçmiş vitse-prezident ola bilər.

Namizəd qalib gəlmək üçün mütləq səs çoxluğu və ya azı 40 % səs toplamalıdır, lakin bir şərtlə ki, ən yaxın rəqibindən 10 % səslə ayrılsın. Ən yüksək dövlət postuna iddialılardan heç biri lazımi dəstəyi toplamasa, oktyabrın 15-də ölkədə ikinci tur keçiriləcək.

Dövlət başçısından başqa, Ekvador vətəndaşları da 137 deputat seçməli olacaqlar.

Qeyd edək ki, Lasso onun impiçmentini müzakirə edən parlamenti buraxmaq üçün may ayında seçkilər təyin edib.

Bundan əvvəl Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensio avqustun 9-da öldürülüb. Siyasətçi Kito şəhərində keçirilən mitinqdə başından üç güllə yarası ilə qətlə yetirilib. Avqustun 15-də isə “Vətəndaş İnqilabı” siyasi hərəkatının lideri Pedro Brionesin öldürülməsi xəbəri yayılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=118689