Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.68 $▼0.82%
  • WTI neft85.09 $▼0.68%
  • Avropa qazı (TTF)82.30 €▼0.04%
  • Təbii qaz (ABŞ)3.229 $▲0.50%
  • Qızıl4 126 $▲0.03%
  • Gümüş52.92 $▼0.62%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda590.50 ¢▲0.30%
  • Bitcoin74 651 $▼0.81%
  • Ethereum2 110 $▼1.03%
  • S&P 5007 550▲2.37%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Əli Əsədov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR

image-whatsapp_image_2022-05-18_at_15-14-40
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Baş nazir Əli Əsədov Azərbaycanda səfərdə olan belaruslu həmkarı Roman Qolovçenko ilə görüşüb.

Bu barədə Busaat.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoqun mövcud olduğu bildirildi, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit və digər istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Dövlət başçıları səviyyəsində şəxsi münasibətlərin Azərbaycan-Belarus əlaqələrinin inkişafında mühüm amil kimi dəyərləndirilib.

Koronavirus pandemiyasının neqativ təsirlərinə baxmayaraq 2021-ci ildə Azərbaycan-Belarus ticarət dövriyyəsinin artdığı bildirilib.

Müvəffəqiyyətlə həyata keçirilən müştərək sənaye layihələrinin əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq yaxşı dinamikaya malikdir. Bakıda keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin əhəmiyyəti vurğulanaraq Belarusun Baş nazirinin sərgi ilə şəxsən tanış olması yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin iqtisadi, ticari, sənaye, enerji, kənd təsərrüfatı, sərmayə qoyuluşu, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Görüşün sonunda Baş nazirlərin iştirakı ilə Azərbaycan-Belarus sənədləri imzalanıb.

 


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=77563