Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲3.56%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 785 $▲0.04%
  • Ethereum2 226 $▼0.45%
  • S&P 5007 377▲0.27%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Əli Əsədov Mustafa Şentopla görüşüb

image-6782_18-2-2021-176
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 18-də Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Busaat.az xəbər verir ki, Türkiyə parlamentinin sədri Mustafa Şentop görüşdə bildirdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri Türkiyədə böyük qürur və coşqu ilə qarşılanıb. Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsindən sonra irəli sürdüyü yeni regional əməkdaşlıq təşəbbüsünü dəstəkləyir.

Mustafa Şentop qeyd edib ki, yeni nəqliyyat dəhlizlərinin, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması və gələcəkdə atılacaq digər addımlar muxtar respublikanın strateji önəmini daha da artıracaq.

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin 44 günlük Vətən müharibəsinin ilk anlarından ölkəmizin yanında olmasını minnətdarlıq hissi ilə qeyd edib. Baş nazir bildirib ki, işğaldan azad edilən torpaqlarda bərpa işləri başlayıb, bu bölgə dünyanın ən gözəl guşələrindən birinə çevriləcək və Türkiyə şirkətləri bu prosesdə ön sıralardadır.

Əli Əsədov, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin uğurla fəaliyyət göstərdiyini bildirib. Baş nazir vurğulayıb ki, dövlətlərimizin başçıları iki ölkə arasındakı ticarət həcminin 2023-ildə 15 milyard dollara çatdırılmasını strateji hədəf kimi müəyyənləşdiriblər. Azərbaycan və Türkiyə hökumətləri, özəl sektorun nümayəndələri bu hədəfin reallığa çevrilməsi üçün mövcud potensialdan istifadə etməlidirlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=36442