Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.64 $▲0.98%
  • WTI neft85.84 $▲0.98%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.106 $▲0.62%
  • Qızıl3 860 $▼0.44%
  • Gümüş47.25 $▼0.49%
  • Pambıq81.01 ¢▼0.42%
  • Buğda608.25 ¢▲1.46%
  • Bitcoin64 103 $▼1.10%
  • Ethereum1 790 $▼1.58%
  • S&P 5007 417▼1.91%
12°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

Əlif Hacıyevin adını daşıyan gəmi ekspedisiyalara başladı - Video

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi əsaslı təmirdən sonra ekspedisiya və monitorinqlərin aparılması üçün yenidən Xəzər dənizinə çıxıb.

Busaat.az  xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət ekspedisiya qrupunun rəhbəri Bəxtiyar Seyidov bildirib.

O qeyd  edib ki, Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə 12-16 noyabr tarixlərində dənizdə kompleks tədqiqatlar aparılıb.

“Monitorinqlər Xəzərdə fəaliyyət göstərən Ümid-Babək, Şahdəniz, Abşeron, Günəşli, Neft Daşları və Qarabağ neft-qaz yataqlarında keçirilib. 28 müxtəlif koordinat üzrə su, qrunt, plankton və hava nümunələri götürülüb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb, biomüxtəliflik tədqiq edilib”.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı mayor Əlif Hacıyev Xocalı Aeroportunun komendantı olub və 1-ci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə “Qarabağ cəngavəri”  adını alıb. Xocalı faciəsi zamanı qəhrəmancasına şəhid olan Əlif Hacıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=24858