Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 047 $▼1.72%
  • Ethereum1 898 $▼1.54%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Əliyev Putinə Bakının qırmızı xətlərini keçməyə İMKAN VERMİR – Soçidə ermənilərə ŞOK

image-b8eb8fd5-8651-3734-b5a8-2e99b15ab63b_850-505x315
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Xankəndində keçirilən mitinq açıq təxribatdır. Rusiya mətbuatı da yalandan xəbər yayıb ki, guya 65 min insan mitinqə qatılıb. Bu prosesin arxasında böyük təxribat məqsədi dayanır. Birincisi, rus sülhməramlılarının nəzarəti altında olan Qarabağın bizə məxsus ərazisində ümumiyyətlə 65 min insan yoxdur. Hətta yeni doğulanları da hesaba qatsaq, orada yaşayan ermənilərin ümumi sayı heç 50 min nəfərə çatmayıb. Digər tərəfdən, əgər Xankəndidə 65 min erməni yaşayırsa, deməli digər dörd rayonda bunlar 100 min erməninin yaşadığı məsələsini ortaya qoymağa çalışırlar. Bu mitinqi təsadüfi keçirməyiblər. Nəzərə almaq lazımdır ki, bu gün Soçidə görüşdür və 15-ci maddəyə görə, Qarabağın “status” məsələsi gündəmə gəlir. Bu da Azərbaycanın qırmızı xəttini keçmək deməkdir ki, bu da qəbuledilməzdir”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

O əlavə edib ki, əgər Qarabağa mədəni statusdan başqa hansısa “status-muxtariyyət” verilsə, Azərbaycan Konstitusiyası dəyişməlidir:

“Çünki biz unitar dövlətik. Rusiyanın marağındadır ki, biz federal dövlət olaq. Federallaşmaq isə Azərbaycana indiki vaxtda sərf etmir.

Digər tərəfdən, dünən Xankəndində keçirilən mitinqi Azərbaycana qarşı təzyiq məqsədilə istifadə etmək niyyəti var. Beləliklə, istəyirlər ki, müharibədə qazanılan Azərbaycanın qəti qələbəsinə kölgə salsınlar. Həm də vətəndaşlarımızı qızışdırsınlar. Bu həm də Rusiyanın Azərbaycandakı “beşinci kolonu” üçün mesajdır. Görünən odur ki, Rusiya öz köhnə fitnəsindən əl çəkmir. Paşinyan da qabaqdan gəlmişlik edərək deyir ki, Qarabağdakı sülhməramlıların müddətini 10-15 il uzatmağa hazırdır və buna imza ata bilər. Axı sən kimsən ki, Azərbaycan ərazisində nəyəsə söz verəsən, imza atasan. Bəli, bu gün Soçi görüşü gərgin keçəcək, ancaq Azərbaycan Prezidenti İlham Əliyev qırmızı xətti keçməyə heç Putinə də imkan verməyəcək”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89045