Elm dünyası şokda: Pifaqor teoremini darmadağın edən cədvəl tapıldı

Elm dünyası şokda: Pifaqor teoremini darmadağın edən cədvəl tapıldıbackend

Elm adamları qədim bir əsərin mənasını açıblar. Tapılmış Babil lövhəsi sübut edir ki, Pifaqor onun adını daşıyan teoremi kəşf etməmişdir.

Hələ yunan riyaziyyatçısı Pifaqorun düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəminin hipotenuzun kvadratına bərabər olduğunu anlamağından düz 1000 il qabaq naməlum bir Babil dahisi bu qanunauyğunluğu kəşf edib.

3700 il əvvələ aid gildən qopmuş bu lövhə Amerikadakı Kolumbiya Universitetinin kolleksiyalarında saxlanılır və elm adamları indi onun sirlərini açdıqlarına inanırlar.

Sidneydəki Yeni Cənubi Uels Universitetindən olan tədqiqat komandası hesab edir ki, dörd sütun və 15 sətır mixi yazı – yaş gildən düzəldilmiş paz şəkilli rəqəmlər – ən qədim və ən dəqiq işləyən trigonometrik cədvəl, məbədlərin necə qurulacağını hesablamaq üçün istifadə edilə bilən bir iş alətidir. Ondan saraylar və piramidaların qurulması üçün də istifadə edilirmiş.

Riyaziyyatçılar on illərdir ki, bu lövhənin məlum teoremin Pifaqoradan çox əvvəl irəli sürüldüyünü göstərdiyini bilsələr də, ondan necə istifadə olunduğu barədə yekdil fikir mövcud deyildi. Ancaq qeyd olunan son araşdırma, lövhənin bucaqlar və dairələrə deyil, nisbətlərə əsaslanaraq yeni bir tip trigonometriya istifadə edərək müntəzəm üçbucaqlar meydana gətirdiyini müəyyən edib.

Lövhənin qədim Şumerin Lars şəhərində, eramızdan əvvəl 1822-ci illərdə düzəldildiyi güman edilir.

Bundan əvvəl Wall portalı tarixdəki ən qədim qayaüstü rəsminin tapıldığını bildirmişdi. Onun Makassar şəhərindən yarım saatlıq məsafədə yerləşən Sulavesi adasındakı mağaralarda tapıldığı bildirilir. Bu mağaralar elm adamları tərəfindən təxminən səksən ildir tədqiq edilsə də, rəsmləri yalnız indi tapmaq mümkün olub. Bunun səbəbi isə Neolit ​​dövrünə aid bu dəlilə çatmağın çətinliyi olub . Rəsmlər on səkkiz metr yüksəklikdəki dərinlikdə yerləşir..

Ens.az bildirir ki, bir müddət öncə Türkiyədə tarixin ən qədim məbədini qalıqları tapılıb. Qardaş ölkənın cənub-şərqindəki Bonkuklu-Tarla bölgəsindəki qazıntılardan radiokarbon analizinin nəticələri Paleolit ​​məbədinin 13 min il əvvəl inşa edildiyini göstərib, baxmayaraq ki, əvvəllər bu məbədin “daha cavan” – təxminən 11.3 min yaşı olduğuna inanılırdı.


Tərcüməçi: Fəxri Qocayev


Mənbə: ukrainianwall.com

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki