Elşən Binəqədili hansı məşhur meyxanaçı ilə birlikdə müalicə alır? – VİDEO

image-1684947770_cffsssbackend

Küçələrdə səfil vəziyyətdə yaşayan meyxanaçı Elşən Binəqədinin reabilitasiya mərkəzinə yerləşdirilməsi ilə bağlı məlumat vermişdik.

BAKU.TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışında onun müalicəsinin gedişatından bəhs olunub.

İçki aludəçisi olan meyxanaçı müalicə prosesinin uğurla getdiyini deyib:

“Sonuncu dəfə bura gələndə içmişdim. Artıq televizorda spirtli içki şüşəsi görəndə ürəyim bulanır”.

Çəkiliş zamanı bir vaxtların daha bir məşhur meyxanaçısı, narkotik aludəçiliyindən əziyyət çəkən Xudabaxışın da reabilitasiya mərkəzində müalicə aldığı məlum olub.

Daha ətraflı süjetdə:

BAKU.WS

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90