Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft109.44 $▼0.25%
  • WTI neft99.89 $▼0.89%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.055 $▲0.59%
  • Qızıl4 077 $▲1.17%
  • Gümüş54.55 $▲1.48%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.57%
  • Bitcoin80 714 $▲0.88%
  • Ethereum2 344 $▲1.04%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
Gündəm

Elxan Şahinoğlu: Şuşa haqqında sualıma Köçəryan belə cavab verdi

image-bez-nazvaniya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan torpaqları işğal altında olduğu illərdə jurnalist kimi beynəlxalq təşkilatların xətti ilə iki dəfə İrəvanda oldum, keçmiş prezident Robert Köçəryan, Serj Sərkisyan (o zaman daxili işlər və milli təhlükəsizlik naziri idi) və elə o zaman da müxalifətdə olan Vazgen Manukyandan müsahibələr aldım”.

Busaat.az bildirir ki, bunu jurnalist və politoloq, “Atlas” analitik mərkəzinin rəhbəri Elxan Şahinoğlu öz Facebook şəbəkəsində yazıb.

Jurnalist xatırlayır ki, münaqişə ilə bağlı onun suallarına Ermənistan liderləri cavab veriblər ki, onlar Şuşanı, Laçını və digər rayonları Azərbaycana qaytara bilməzlər, çünki “onlar üçün qan töküblər”.

“Robert Köçəryan isə verdiyim çoxsaylı suallardan bezərək sonda minnət qoyaraq belə dedi: “Gücünüzü göstərsəz, bəlkə güzəştə gedə bilərik”. Bu cavabın üstündən 22 il keçdikdən sonra gücümüzü göstərdik və torpaqlarımızı azad etdik, qarşıda başqa hədəflərimiz də var. Ağır məğlubiyyətdən sonra həmin Köçəryan, Sərkisyan və Manukyan müsahibələrdə və mitinqlərdə ağız-ağıza verib geri qayıdış haqqında nağıl danışırlar. Nəticə isə göz qabağındadır. Vaxtilə Köçəryanın mənə dediyini özünə qaytarmaq istəyirəm: “Gücünüz qalıbsa, göstərin…”, – deyə ekspert vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=36904