Əməkdar incəsənət xadimi, tanınmış tarzən Oqtay Quliyev vəfat edib. Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Konservatoriyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, mədəniyyət üzvü 83 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, O. Quliyev Milli Konservatoriyanın Xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq olub.
O, 1938-ci ildə Ağdamda dünyaya gəlib. 83 illik ömrünün 63 ilini elmi-pedaqoji fəaliyyətdə keçirən Oqtay Quliyev tar ixtisası üzrə bəstəkar Səid Rüstəmovdan sonra professor adı alan ikinci sənətkardır.