Emin Əmrullayev Basketbol Federasiyasının prezidenti oldu

image-emin10backend

Dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının seçki konfransı keçirilib. 

Busaat.az  xəbər verir ki, federasiyanın prezidenti Nadir Nəsibov çıxış edərək qurumun son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb.

Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyanın yeni prezidenti seçilib.

Konfransda həmçinin, Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev federasiyanın Rəyasət Heyətinə üzv seçiliblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90