Ən aşağı bal – Ronaldoya

image-yuvebackend

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 35-ci turunda “Milan”a 0:3 hesablı məğlubiyyətdən sonra yenidən tənqid olunub.

Busaat.az xəbər verir ki, İtaliyanın “La Gazzetta dello Sport” nəşri portuqaliyalı hücumçunun çıxışını 10 ballıq sistemlə 4 balla qiymətləndirib. Bu isə futbolçular arasındakı ən az baldır.

Nəşr eyni zamanda 36 yaşlı oyunçu haqda sərt fikirlər səsləndirib.

“İlk hissədə bir dəfə də belə topa toxunmayıb. Qol fürsətləri yaratmadan meydanda gəzdi. Ən önəmli gecədə ən pis oyun nümayiş etdirən o oldu. Ronaldoda bir liderin duruşu yox idi. Fiziki cəhətdən yaxşı deyil, amma hər matçda start heyətdə oynayır” – deyə qeyd olunub.

Xatırladaq  ki, “Opta” Ronaldonun ilk hissədə rəqibin cərimə meydançasında bir dəfə də olsun topa toxunmadığını açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90