“Yuventus” dopinq qalmaqalına görə Poqba ilə müqaviləni poza bilər

image-pol-poqbabackend

Əgər təkrar analiz Pol Poqbanın dopinq pozuntusunu təsdiqləsə, “Yuventus” fransalı yarımmüdafiəçi ilə müqaviləyə xitam verməyi nəzərdən keçirəcək.

Busaat.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira öz sosial media hesabında məlumat verib.

Mənbənin məlumatına görə, “Yuventus” indi Poqbanın maaşının ödənilməsini dayandırıb.

Daha əvvəl məlum olmuşdu ki, Pol Poqbada testosteron səviyyəsi həddən artıq yüksək olub. Bu terapevtik istisnasız qəbul edilməməli olan bir maddədir. Beləliklə, Poqba maksimum 4 il cəza almaq riski ilə üzləşir.

İtaliya çempionatının 2023/2024 mövsümünün 1-ci turunda “Yuventus” səfərdə “Udineze” ilə qarşılaşıb. Oyun Turin klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Poqba meydana çıxmadı – o, bütün matçı ehtiyat oyunçular skamyasında keçirdi.

Fransız futbolçu 2022-ci ilin iyulunda “Mançester Yunayted”dən “Yuventus”a keçib. Bu müddət ərzində o, turinlilərin heyətində 12 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki