Buffon karyerasını başa vurmasının səbəbini açıqladı

image-canluicci-buffonbackend

İtaliya millisinin əfsanəvi qapıçısı Canluici Buffon karyerasını başa vurmasının səbəbini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Atlanta Journal Constitution məlumat yayıb.

“Oynamağa davam etməyin mənası yox idi. Düşünürəm ki, ayrılmaq üçün doğru andır, uyğun yaşdayam. Ötən mövsüm bir sınaq idi. Mən buna əla formada başladım, amma yenə də zədələndim və bu mənim üçün bir siqnal idi “, – əfsanəvi qapıçı bildirib.

Qeyd edək ki, avqustun 2-də Buffon futboldan getdiyini elan etdi. O, Parma Akademiyasının məzunudur. 1995-ci ildən 2001-ci ilə qədər bu klubda oynayıb, bundan sonra “PSJ”yə getməzdən əvvəl 17 il  “Yuventus”da yer alıb.

İki illik fransız karyerasından sonra Buffon 2021-ci ildə “Parma”ya qayıtmadan əvvəl ilk olaraq “Yuventus”da qapıda durub.

Xatırladaq ki, Turin klubunun tərkibində qapıçı 10 dəfə İtaliya çempionu olub, 5 dəfə ölkə kubokunu və 6 dəfə Superkubokunu qazanıb.

2006-cı ildə Canluici Buffon İtaliya millisi ilə dünya çempionatının qalibi olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90