Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft88.67 $▼1.53%
  • WTI neft81.99 $▼1.20%
  • Avropa qazı (TTF)87.30 €▲3.37%
  • Təbii qaz (ABŞ)3.637 $▲12.57%
  • Qızıl3 581 $▲1.36%
  • Gümüş42.00 $▲1.55%
  • Pambıq79.43 ¢▼0.70%
  • Buğda595.50 ¢▲0.55%
  • Bitcoin62 020 $▲0.18%
  • Ethereum1 756 $▲0.03%
  • S&P 5007 134▼0.61%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
İqtisadiyyat

Energetika naziri: “Məqsədimiz enerji təhlükəsizliyini təmin etməkdir”

image-energetika
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın məqsədi 30 il əvvəl olduğu kimi enerji təhlükəsizliyini təmin etməkdir.

Busaat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün işə başlamış Bakı Enerji Forumunun I günündə bildirib.

“COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün beynəlxalq tərəfdaşlarla birlikdə addımlar atılacaq”, – deyə o əlavə edib.

Nazir qeyd edib ki, Azərbaycan bərpa olunan elektrik enerjisi mənbələrinin inkişafı və “yaşıl enerji”nin Avropaya ixracı üçün dəhlizlərin yaradılması üzərində işləyir: “Bu mənada Qara dəniz enerji kabeli layihəsini qeyd etmək istərdim. Bu layihənin həyata keçirilməsi üçün Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya müvafiq saziş imzalayıb. Bolqarıstan da bu layihəyə maraq göstərir. Bu ilin sonuna qədər bu layihənin texniki-iqtisadi əsaslandırılmasının nəticələri məlum olacaq”.

P.Şahbazov əlavə edib ki, Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində də işlər aparılır: “Bundan başqa, Mərkəzi Asiya regionundan Azərbaycan vasitəsilə Avropaya “yaşıl enerji”nin tədarükünün təşkili üzrə işlər aparılır. Bu, Azərbaycanın Avropaya tranzit ölkə və enerji resurslarının tədarükçüsü kimi mövqeyini gücləndirəcək”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=139648