Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 281 $▲1.83%
  • Ethereum1 825 $▲3.19%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ərdoğan Avropa liderlərinin edə bilmədiklərini etdi - Belçika Dövlət Kanalı

image-recep-tayyip-erdogan-aa-1975496_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dünya mayın 14-də Türkiyədə keçiriləcək seçkiləri diqqətlə izləyir.

Busaat.az xəbər verir ki, Belçika Dövlət Kanalında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan digər Avropa liderlərinin bacara bilmədiklərinə nail olan lider kimi təsvir edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın xüsusilə beynəlxalq səviyyədə mühüm tarazlıq addımları vurğulanıb.

Həmçinin RTBF-nin saytındakı xəbərdə mayın 14-də Türkiyədə keçirilməsi planlaşdırılan seçkinin Avropaya təsiri məsələləri müzakirə olunub.

Müzakirələrdə Brüssel Universitetinin sosiologiya üzrə professoru Firuzeh Nəhavəndinin fikirləri yer alıb:

“Ərdoğan balanslı siyasəti ilə nəzərəçarpan nəticələr əldə edə bilən mühüm liderdir”.

Nəhavəndi qeyd edib ki, Ərdoğan digər Avropa liderlərindən fərqli olaraq Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenski ilə yaxşı münasibətləri qoruyub saxlaya bilib.

RTBF seçkinin mümkün iqtisadi nəticələrini də dəyərləndirib.

Türkiyədə çoxlu Avropa şirkətlərinin olduğu və türk əhalisinin Avropada investisiyalarının olduğu xatırladılıb.

Ərdoğanın varlığının seçkidən sonra hər iki tərəfə böyük iqtisadi fayda gətirəcəyi bildirilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99047