Ərəb turistlər tez-tez “Azərbaycan” Nəşriyyatındakı diskokluba gedirmiş – ŞOK İDDİA

image-img-20210326-wa0018backend

Bakıda ərəb turistlərin daha çox getdiyi məkanların sırasında “Azərbaycan” Nəşriyyatının binası olduğu deyilir.

Bu barədə “Busaat.az”-a “Azərbaycan” nəşriyyatında çalışan şəxslərdən məlumat daxil olub.

Məlumatda iddia olunur ki, Bakıya gələn ərəb turistlərə tez-tez “Azərbaycan” nəşriyyatının binası önündə rast gəlinir.

Ərəb turistlərin “Azərbaycan” nəşriyyatı binasının zirzəmisində fəaliyyət göstərdiyi deyilən diskokluba getməsi ehtimal olunur.

Məlumatı dəqiqləşdirmək üçün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərovla telefon əlasi saxlasaq da, zənglərimizə cavab verməyib.

Xatırladaq ki, bir müddət əvvəl “Azərbaycan” nəşriyyatının binasında gecələr diskoklubun fəaliyyət göstərməsi barədə bir sıra saytlarda məlumatlar yayılıb.

Yayılan məlumatlara Ağabəy Əsgərov belə münasibət bildirmişdi:

“Bizim binamız 9 mərtəbədən ibarətdir. Burada necə diskoteka fəaliyyət göstərir ki, mənim xəbərim yoxdur? Axı nəşriyyatda necə diskoklub ola bilər?”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90