Ərəblərin quş oynatdığı qoruğun rəisi: “Qırmızı Kitab utanc yerimizdir” — FOTO

image-ovlar-700x403backend

Xəbər verdiyimiz kimi, ərəb şeyxləri İlisu Dövlət Təbiət Qoruğunda (Qax Dövlət Təbiət Yasaqlığı) nadir Qafqaz durnasını ovlayıblar.

Busaat.az sözügedən təbiət qoruğunun rəisinin kimliyini Demokrat.az-a istinadən təqdim edir.

Məlum olub ki, Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti Azərçin Muradov İlisu Dövlət Təbiət Qoruğunun direktor vəzifəsini icra edir.

Ötən il Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin əmri ilə İlisu Dövlət Təbiət Qoruğunun direktoru Qabil Əfəndiyev vəzifəsindən azad edilib.

Azərçin Muradov “Qırmızı Kitab bizim utanc yerimizdir” açıqlaması ilə də tanınır.

“Bizim ölkədə heç bir xalq, millət assimilyasiyaya uğramayıb. İstəyirəm ki, bu mehribanlığımızı, tolerantlığımızı təbiətə qarşı da edək. Biz bir az dözümlü olaq, ac qalaq ki, heç olmasa, təbiətdə bu yetişsin. Maarifləndirmə olsaydı, tədris olsaydı, başa düşərdilər ki, Azərbaycanın “Qırmızı kitabı”na 200-dən çox heyvan növü, 300-dən çox bitki növü daxildir. Bu boyda xüsusi müasir statusu olan flora və fauna elementləri olan ölkədə başqa bir münasibətin olması heç də düzgün deyil. Daha doğrusu, bizim əhalimizin bu günə qədər olan münasibətsizliyidir ki, bu vəziyyətə gəlib çıxıb. Ancaq Azərbaycanın geofiziki şəraiti, təbiəti, landşaftı o qədər zəngindir ki, o heyvanları populyasiya səviyyəsində yox, növ səviyyəsində az da olsa qoruyub saxlayıb. Yetərliliyin olmaması da nəslin tükənməsinə, “Qırmızı kitab”a düşməsinə səbəb olub. “Qırmızı kitab” bizim utanc yerimizdir ki, biz bunları qoruyub saxlaya bilmirik, nəsilləri tükənib”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90