Məzahir Pənahov yenidən MSK sədri oldu

image-mazobackend

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası öz işinə başlayıb.

Busaat.az xəbər verir ki, iclasda MSK sədri seçiləcək.

Həmçinin səsvermə nəticəsində sədr müavini və komissiyasının iki katibi də müəyyənləşəcək.

***

Sədr vəzifəsinə Məzahir Pənahovun, katib vəzifəsinə isə Arifə Muxtarova və Mikayıl Rəhimovun namizədlikləri irəli sürülüb.

***

İclasda Məzahir Pənahov yenidən qurumun sədri seçilib.

Həmçinin səsvermə nəticəsində Rövzət Qasımov MSK sədrinin müavini, Mikayıl Rəhimli və Arifə Muxtarova isə Komissiyanın katibləri seçiliblər.

Qeyd edək ki, M. Pənahovun 70 yaşı var və 2000-ci ildən MSK sədridir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90