Gürcüstan parlamentinin yeni sədri seçildi

image-gurcubackend

Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının təmsilçisi Kaxa Kuçava bu gün keçirilən parlament səsverməsində 86 lehinə və 6 əleyhinə səslə parlamentin sədri seçilib.

Busaat.az xəbər verir ki, yeni sədrin seçilməsinə Arçil Talakvadzenin vəzifəsindən istefa verməsindən sonra zərurət yaranıb.

Sədr postuna yeganə namizəd olan Kuçava bütün partiyadaşlarının və müxalifətin bir hissəsinin dəstəyini ala bilib.

“Bu, mənim üçün böyük şərəf və məsuliyyətdir. Əminəm ki, bu gün Gürcüstan parlamentində yeni bir mərhələ başlayır. Çoxpartiyalı bir parlament meydana gəlib, seçicilərin səsləri tam şəkildə təmsil olunub və eşidiləcək. Mən də öz tərəfimdən tarazlığı qoruyacağam və parlamentdəki demokratik proseslərə sizinlə töhfə verəcəm”,-deyə Kuçava vurğulayıb.

Qeyd edək ki, K. Kuçava 2016-cı ildə Gürcüstan parlamentinin üzvü olub və 2020-ci il seçkilərində yenidən seçilib. Bundan əvvəl o, “Georgia copperand gold” geoloji şirkətinin Baş direktoru, “Qafqaz mineral suları”nın Baş direktoru vəzifələrində çalışıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90