Moskvada “Alıye Parusa” elit yaşayış kompleksində partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən “Arbat” (ERrməni BATalyonu ) batalyonunun yaradıcısı, qondarma “Donetsk Xalq Respublikasının” (Ukraynanın Donetsk vilayəti ) Boks Federasiyasının prezidenti Armen Naqapetoviş Sarkisyan olduğu ehtimal olunur.
Busaat.az xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvanın şimal-qərbində yerləşən elit yaşayış kompleksinin foyesində əldə qayırma partlayıcı qurğu işə düşüb. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.