Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 848 $▲0.15%
  • Ethereum2 243 $▲0.36%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

Ermeni ekspert: ABŞ heç vaxt Bakıya qarşı sanksiyalar tətbiq etməyəcək

image-usa-azerbaijan-armenia-usa-azerbaijan-armenia-painted-flags-wall-crack-azerbaijan-united-states-america-237903666
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“ABŞ heç vaxt Bakıya qarşı sanksiyalar tətbiq etməyəcək, çünki Azərbaycan ABŞ üçün Ermənistandan heç də az əhəmiyyətli ölkə deyil”.

Busaat.az xəbər verir ki, bunu Beynəlxalq bazar eksperti Suren Sarkisyan Ermənistanın NEWS.am nəşrinə bildirib.

“Dövlət nazirinin İranla Azərbaycan arasında hərbi münaqişə olacağı təqdirdə ABŞ-ın Bakını dəstəkləyəcəyi ilə bağlı bəyanatını unutmayın. Yəni, Azərbaycan İranı hərbi əməliyyatlara cəlb etməyin ən yaxşı yollarından biri kimi görünür. Bu, sadəcə, birdir. Böyük oyunun tərkib hissəsidir. Deməli, Azərbaycana qarşı sanksiyalardan istifadə etməyəcəklər. Yeri gəlmişkən, Azərbaycana qarşı sanksiyalar var idi, 907 saylı qətnamə 10 il idi ki, qüvvədə idi. Bu da sadəcə Qarabağla bağlı bir sanksiya idi”, – ekspert deyib.

“ABŞ Azərbaycana yalnız təhlükəsizlik yardımı göstərir. Yəni bu, hərbi yardım deyil, təhlükəsizlik baxımından yardımdır. Məqsəd İranla dəniz sərhədini qorumaqdır. Son iki ildə ABŞ Azərbaycana 100 milyon dollar yardım edib. Bu, Ermənistana qarşı deyil, İrana qarşı təmin edilib”, – Sarkisyan bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ-ın sanksiyalardan başqa tətbiq oluna biləcək çox ciddi diplomatik alətləri var.

“ABŞ hələ bu vasitələri tükəndirməyib və Azərbaycana qarşı hər hansı sanksiyaların tətbiq olunma ehtimalı praktiki olaraq sıfırdır”, – ekspert yekunlaşdırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98743