“Erməni revaniştlər Qarabağdan çıxarılmayınca sülhün əldə edilməsi qeyri – real görünür…” – ŞƏRH

image-b4018717-9759-4961-b07a-b2d7f386b810-1backend

Sülh müqaviləsi hansı ölkədə imzalana bilər? Sülhün əldə edilməsi üçün ən operativ və optimal addımlar nələr ola bilər?

Politoloq Samir Hümbətovun Busaat.az-a açıqlama verib:

“Ümumiyyətlə sülh müqaviləsinin prinsip etibarilə harada və hansı şəhərdə bağlanması Azərbaycan və Ermənistan üçün heç bir problem yaratmır. Burada siyasi, psixoloji və digər amillər əlbəttə ki, əsasdır. Amma nəzərə almaq lazımdır ki, bizim region hazırda çox gərgin bir prosesin içindədir.

Ermənistanda Avropa İttifaqının mülk müşahidə missiyası var. Məlumdur ki, Rus sülhməramlıları Qarabağdadı. Eyni zamanda Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətini davam edir. Göründüyü kimi bölgədə bir neçə ölkənin də birbaşa iştirakı var. Amma bununla belə problemin həlli üçün ən uyğun versiyalar düşünülməlidir. Ermənilərlə bizim illərdir ki, davam edən düşmənçiliyimizi bir ilin bir ayın içində sülhə çevirmək müşkül məsələdir. Təbii ki, sülh müqaviləsi imzalansa belə bunun realizasiyası hələ uzun vaxt tələb edəcəkdir.

Bu mənada revaşinst ermənilərin Qarabağdan çıxarılması ən optimal versiyadır. Onlar ya öz xoşları ilə ya da Azərbaycanın hərbi müdaxiləsi ilə Xankəndi və ətraf rayonlardan çıxarıldıqdan sonra real sülhün əldə edilməsinə konkret nəticələr mümkündür. Nə qədər ki, erməni revanşistləri Qarabağdadır və Azərbaycana hücum haqqında düşünürlər, o qədər də sülhün əldə olunması qeyri – real görünür.
Sülh müqaviləsininin harada bağlanması isə hadisələrin gedişatından asılı olacaqdır.

Hesab edirəm ki, Ermənistan və Azərbaycan arasında münasibətlər o qədər yaxşılaşa bilər ki, hətta sülh sazişini Naxçıvanda və ya Zəngəzur dəhlizinin açıldığı yerdə də imzalamaq olar. Sadəcə Ermənistan öz taleyini müsbət istiqamətdə həll etmək istəsə, mütləq şəkildə yan təsirlərdən qurtulmalıdır. Rusiya – Ukrayna müharibəsinin də nəticəsi bizim sülh sazişinə təsir edə bilər. Çünki, Rusiya faktorunun nə qədər təsirli olduğunu unutmaq olmaz. Amma Ermənistanın və Azərbaycanın konkret təkidi ilə rus sülhməramlıları bölgədən çıxarılsalar, o zaman sülhün bir addımlığında olmuş olarıq. Bir sözlə Azərbaycan və Ermənistan öz müqəddəratlarını özləri həll etməlidir…”

Bünyamin Bünyadzadə
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki