Qardaş Türkiyədə qadın ticarətinin əsasını kim qoyduğunu bilirdinizmi? Dünyada qadın ticarəti ilə məşğul olan müxtəlif qruplaşmalar və şəbəkələr var. Türkiyədə isə bu işi ilk dəfə rəsmi şəkildə həyata keçirdən və dövlətə vergi ödəyən erməni qadın Matild Manukyan olub. Busaat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adi bir dərzi olan Matild Manukyan varlanmaq üçün müxtəlif yollara əl atıb. Fahişəliklə məşğul olan dərzi qadın bu işləri rəsmiləşdirmək qərarına gəlir. Sonda erməni qadın bu işlə məşğul olan qadınları öz ətrafına toplamağa başlayır. Əslində varlı bir ailədə doğulan Manukyan məşhur liseylərin birini bitirmişdi. Amma dərzi kimi fəaliyyət göstərir, həmçinin xoşu gələn kişilərlə müxtəlif yerlərdə görüşürdü.
Karaköydə kirayəyə binaların birində ilk fahişəxanası açdı.
Qısa zamanda bu fahişəxanaların sayını 37-yə çatdırdı.
Fahişəxanalardan qazandığı pulları daşınmaz əmlaka çevirərək böyük vergi ödəyicisinə çevrildi.
Mətbuata müsahibələrində Matild Manukyan belə deyirdi:
“Mən qadınları şərəflə satıram.”
Qadın ticarətindən 2000-dən çox əmlak qazandığı bəlli oldu. Onun əmlak siyahısı hamını şoka salmışdı. 500 mənzil, 50 mağaza, 4 mehmanxana, 4 yay evi, 220 taksi, 37 fahişəxana, 40 bina, 2 fabrik, Kalamışda bir yaxta, bir Rolls-Royce, dörd BMW və dörd Mercedes və Antalyada möhtəşəm otel bu əmlaklar içərisində idi.
Matild Manukyan 1994-cü ildə gənc bir qızı fahişəliyə cəlb etdiyi üçün həbs edilir.
Lakin Manukyan, həmin gün sərbəst buraxılır.
Sərbəst buraxılma səbəbi o olur ki, kirayəyə götürülən Şişli Ədliyyəsinin əmlak binası Manukyana məxsusdur və kirayə gününün gəldiyi günün təsadüfüdür. Bu iddiaya görə, Matild, həmin ayın kirayəsini götürmədən sərbəst buraxılıb.
1995-ci ildə avtomobilinə qoyulmuş bomba partlaması nəticəsində sürücüsü və mühafizəçisi öldürüldü, qəzada Matild ağır yaralanır.
17 Fevral 2001-ci ildə Şişli’deki evində infarkt keçirdi və öldü.
Onun ölümündən sonra çoxsaylı əmlakı üzərində miras davası başladı. Məlum oldu ki, Matild həm də erməni terror təşkilatını gizli kassası olub. O, fahişəlikdən qazandığı pulların bir qismini “Daşnaksütyün” partiyasının hesabına keçirdib. Onu məhz “Daşnaksütyün” partiyasının “qara kassası” hesab edirdilər.
Busaat.az