Bir neçə gün əvvəl qərb qonşularımız öz milli kimliklərinə layiq növbəti davranışlarını sərgilədilər.
Verdikləri bütün sözlərə, imzaladıqları beynəlxalq sənədlərin məsuliyyətlərinə xəyanət edən ermənilər İrəvanda Azərbaycan bayrağını yandıraraq, adlarına layiq “qəhrəmanlıq səlnaməsi” yazdılar. Afərin, alqışlayırıq!
Azərbaycan xalqı haqlı olaraq bu hadisədən təsirləndi, milli varlığının göstəricisi olan bayrağına qarşı törədilən cinayətdən hiddətləndi. Əlbəttə, xalqın reaksiyası necə olmalı idisə, vətəndaşlarımız da ona layiq hiss və duyğularını ifadə etdi, ermənilərin insani dəyərlərə sığmayan, verdiyi vədə sadiq olmayan şovinist addımlarına etiraz etdi.
Lakin diqqətdən kənarda qalan mühüm amillər də var:
1.Ermənilər “ermənizm”in məğlubiyyətə doğru irəlilədiyini göstərdi.
2. İllərdir Azərbaycan əleyhinə aparılan və xüsusən Avropada formalaşmış anti-Azərbaycan (Məsələn: Azərbaycan xalqı radikaldır, Azərbaycan dövləti ermənilərə divan tutur vəs. – red.) fikirlərin həqiqətdən kənar, əslində radikal və şovinist olanların ermənilər olduğunu sübut etdi.
Əvvəla, ermənilər “ermənizm”in məğlubiyyətini ona görə göz önünə sərdi ki, bu instinkt hərəkət onların Azərbaycanla bağlı heç bir maddi-mənəvi varlıqları görmək istəmədiyini sübut edir. 2020-ci ilə qədər də Azərbaycan əleyhinə rüsvayçı addımlar atan erməni dövləti və xalqı indi, son günlərdə həm əsgərimizə verdiyi işgəncə, həm də dünyanın gözü önündə bayrağımıza “vurduqları od” ilə özünü “ifşa etdi” və əvvəlki radikal addımlarının sərhədlərini aşdı. Əlbəttə, susmağına baxmayaraq, bütün dünya bunları görür. Əsas odur ki, ermənilər bu hirsli və hikkəli addımlarını istəyərək deyil, şüurlu şəkildə deyil, instinkt olaraq edirlər. Bu 200 ildir fransızların, rusların, farsların və son dövrlərdə ABŞ-dən aldıqları dəstəklə türk dünyasının bağrında özünə “Vətən” quran “ermənizm”in artıq sürətlə çöküşündən, məğlubiyyətindən irəli gələn acı duyğu və məyyusluğun simgəsidir. Məğlubiyyətə tam yaxınlaşdıqca bu kimi sovinizmlər də artacaq.
İkincisi, dünyada, xüsusilə ABŞ-də, Fransada, Rusiya və İranda güclü olan erməni lobbisi on illərdir ki, “radikal türklər”, “aqressor Azərbaycan”, “qəddar Azərbaycan hakimiyyəti” vəs. kimi həqiqətdən kənar düşüncələr formalaşdırmış, başda Avropa olmaqla dünyanın bir çox ölkəsində anti-Azərbaycan mövqe formalaşdırma bilmişdi. Siyasi arenada qazanılan bu uğurlar o dərəcədə effektiv idi ki, biz özümüz dəfələrlə xaricilərlə söhbətlərimizdə ağlasığmaz iftiraların qurbanı olduğumuzu görmüşdük. Hətta həmin xaricilərə həqiqəti göstərib, onların düşüncələrini həqiqətdən yana dəyişənə qədər böyük enerji sərf etməyə məcbur qalırdıq. Bəzən isə, dəyişə bilmirdik. Xüsusilə Xristian dünyasının ölkələri dini amillərin verdiyi mənəvi yaxınlıq səbəbi ilə ermənilərin yalanlarına daha tez təslim olmuşdu.
Son zamanlar “ermənizm”in ifşası və xüsusilə son iki hadisə (Azərbaycan əsgərinin işgəncəyə məruz qalması və İrəvanda bayrağımızın yandırılması – red.) erməni yalanlarını da üzə çıxarmaq potensialına sahibdir.
Yetər ki, Azərbaycan diasporası və KİV, eyni zamanda elmi və siyasi dairələri bu dəfə bu kimi həqiqətlər üzərində doğru informasiya mübadiləsi qurmalı, dünya ictimaiyyətinin diqqətini bu kimi hadisələrə doğru şəkildə, şişirtmədən, azaltmadan, xülasə olduğu kimi çatdırmalı, dünya ilə dil tapmağı və ünsiyyət kanalları formalaşdırmalıdır.
Ancaq bu sahədə yenə də çatışmazlıq yaşayıb-yaşamamağımızdan asılı olnmayaraq, ermənilər özləri instinktiv şəkildə “ermənizm”ə ağır zərbə vurublar, dünyanın illərdir inandığı yalanları özləri ifşa ediblər.
Dünyadan səs çıxdı, yaxud çıxmadı. Bunun əhəmiyyəti yoxdur. Əsas olan odur ki, indi hər kəs, hər şeyin fəqindədir və bu, zamanla bizim haqq səsimizdə, haqq yolumuzda effektiv olacaq.
Belə demək mümkündürsə: bizim bayrağımız yandıqca, ermənilərin millət olaraq gələcəyi sönür. Sözün bütün mənalarında…
Həşim Səhrablı / Busaat.az