Ermənilər həm bizim, həm də özləri üçün ciddi problem yaradıblar

image-106backend

“Sülh sazişinin imzalanmasının qarşısında əsas maneə Ermənistan konstitusiyasıdır”.

Bu barədə Busaat.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

Ekspert bildirib ki, əslində beynəlxalq müqavilələr milli qanunverici qanunlardan yüksək statusa malikdir. Ancaq müqavilələr konstitusiyaya uyğun olmazsa, mütləq daxili qanunvericilikdə dəyişiklik edilməlidir:

“Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddiaları var. Bütün hallarda referendum keçirilməlidir. Bu, ilkin sülh sazişindən əvvəl də ola bilər, sonra da. Ancaq məsələ ondadır ki, çərçivə sənədi imzalanandan sonra həmin sənədin Ermənistan konstitusiyasına uyğun olmadığı ortaya çıxacaq. Konstitusiya Məhkəməsi də sülh sənədinə rəy verməlidir. Bu da problem yarada bilər. Konstitusiya Məhkəməsi müsbət rəy verərsə, sülh sazişi parlamentdə təsdiq olunarsa, İrəvan hökuməti mütləq konstitusiyada dəyişiklik etməlidir. Çünki konstitusiya beynəlxalq müqaviləyə uyğunlaşdırılmalıdır. Bu da referendum tələb edir”.

Analitik bir məqama da diqqət çəkib və qeyd edib ki, hazırda Ermənistan baş naziri Nikol Paşinyanın reytinqi əvvəlkindən çox aşağıdır, təqribən 14 faiz səviyyəsinə düşüb:

“Düzdür, digərləri ilə müqayisədə kifayət qədər yuxarıdır. Ancaq hər halda Ermənistan cəmiyyətində Paşinyana dəstək kifayət qədər deyil. Referendum keçirəcəyi təqdirdə Paşinyan istəyinə nail olmaya bilər”.

Mürəkkəb vəziyyət yarandığını deyən müsahibimizin sözlərinə görə, belə şəraitdə ən yaxşı variant çərçivə sənədinin imzalanması və əsas prinsiplərin tərəflər tərəfindən təsdiq olunmasıdır. A.Səmədob vildirib ki, ancaq bütün hallarda gələcəkdə Ermənistan konstitusiyasının dəyişdirilməsi labüddür və bundan imtina etmək mümkünsüzdür.

“Ermənilər həm bizim, həm də özləri üçün ciddi problem yaradıblar. Problemdən çıxmağın yolunu da tapa bilmirlər. Ümid edək ki, böyük dövlətlərin, ilk növbədə ABŞ-nin müdaxiləsi ilə çıxış yolu tapmaq mümkün olacaq və noyabr ayına qədər ən azı çərçivə sənədi imzalanacaq”, – deyə Abutalıb Səmədov vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki