“Azərbaycanla Ermənistan arasında vasitəçilərin sayı artıb. İki ölkə arasında əsas vasitəçi və moderator rolunda Rusiya çıxış edir. Bu ölkənin vasitəçiliyi ilə bir il ərzində iki ortaq bəyanat və açıqlama qəbul olunub. Avropa İttifaqı da prosesə qoşulub və birliyin rəhbəri adından bəyanat yayımlanıb”.
Onun sözlərinə görə, İrəvana qayıdan Nikol Paşinyan hökumətin iclasında İlham Əliyevlə razılaşmalardan danışıb: “Birincisi, dəmiryolunun çəkilişi sürətlənəcək, ikincisi liderlər görüşlərini intensivləşdirəcəklər. Faydalı gedişatdır. Buna rəğmən, ermənilər Laçın dəhlizi ilə bağlı haray-həşir salıblar. Çünki İrəvan bizə Zəngəzurda maneəsiz keçid vermədi və anlayırlar ki, bunun qarşılığında Azərbaycan da Laçın istiqamətində maneəsiz keçidin qarşısını almağa çalışacaq. Biz bu məsələni qısa müddətdə həll etməliyik. Bizə müxtəlif istiqamətlərdən mane olmağa çalışacaqlar. Ancaq Laçın istiqamətində sərhəd və gömrük xidməti təsis etməkdən başqa alternativimiz yoxdur. Zəngəzurda dəhliz olmadığına görə Laçından yan keçən dəhlizin tikintisi bəndindən də imtina etməliyik”.