Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft93.85 $▲1.53%
  • WTI neft87.92 $▲1.48%
  • Avropa qazı (TTF)87.50 €▲3.00%
  • Təbii qaz (ABŞ)3.305 $▲0.43%
  • Qızıl4 014 $▼1.00%
  • Gümüş52.30 $▼0.43%
  • Pambıq82.64 ¢▲5.58%
  • Buğda594.50 ¢▲0.08%
  • Bitcoin74 203 $▲0.68%
  • Ethereum2 079 $▲1.38%
  • S&P 5007 605▲1.10%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Gündəm

Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır

image-thumb600x0-5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Laçın şəhərindəki qaz boruları Rusiya “sülhməramlı” kontingentinin gözü qarşısında Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “Artsaxqaz” şirkəti  tərəfindən sökülür. 

Bu, Ermənistan mediasına Azərbaycan şəhərinin qanunsuz “mer”i Narek Aleksanyanın açıqlamasından bəlli olub.

“2020-ci il noyabrın 9-dan Berdzorda(Laçın-S.L.) qazımız yoxdur. Hazırda “Artsaxqaz” Berdzorda qaz borularını sökür. Bizdə olan məlumata görə, bu borular qazlaşdırma işləri üçün Xin Şen(Kiçik Qaladərəsi-S.L) və Mets Şen(Böyük Qaladərəsi-S.L.) kəndlərinə aparılacaq”, – üzdəniraq “mer” belə deyib.

Yeni yolun istismarından sonra onları nə gözlədiyinin məlum olub-olmaması ilə bağlı suala Narek Aleksanyan belə cavab verib:

“Düşünmürəm ki, bizi pis bir şey gözləyir. Yeni yolun istifadəyə veriləcəyi və Qarabağı Ermənistanla birləşdirən yola çevriləcəyi ortaya çıxsa belə, əhalinin taleyinin necə olacağını, nə edəcəklərini, hara köçəcəklərini başa düşməliyik. Hər halda bundan söhbət gedə bilməz, insanlar öz gündəlik həyatlarını dinc şəkildə yaşamağa davam edirlər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=80210