Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 340 $▼1.29%
  • Ethereum1 911 $▼0.84%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Ermənistan Azərbaycanın irəli sürdüyü 5 maddəlik sülh təklifinə cavab olaraq təklif verdi

image-1667898188_w5alojaxov6ptkdbtffzvko4nm37saxorap9lwcv
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan Azərbaycanın irəli sürdüyü 5 maddəlik sülh təklifinə mövqeyini açıqlayıb.

Bu barədə “Xəzər Xəbər”ə eksklüziv açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.

Xezerxeber.az-ın xəbərinə görə, nazir C.Bayramov bildirib ki, Vaşinqton görüşündə Ermənistan tərəfi də Azərbaycanın irəli sürdüyü ilkin sülh təklifinə cavab olaraq öz təklifini verib. Nazirin sözlərinə görə, təkliflər ətrafında müzakirələr aparılıb. C.Bayramov əlavə edib ki, hər iki təkliflər paketində müxtəlif yanaşmalar var, tərəflərin fikir ayrılıqları mövcuddur: “Bu istiqamətdə danışıqlar davam edəcək. Düşünürəm ki, müəyyən dövrdən sonra Azərbaycan tərəfi növbəti versiyanı hazırlayıb qarşı tərəfə təqdim edəcək”.

Qeyd edək ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də baş tutub.

Xezerxeber.az Azərbaycanın sülhlə bağlı qarşı tərəfə təqdim etdiyi ilkin təklifi təqdim edir:

– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90071