Məzmuna keç
  • Brent neft92.16 $▼3.26%
  • WTI neft85.34 $▼3.40%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.134 $▼0.76%
  • Qızıl3 853 $▼0.44%
  • Gümüş46.87 $▼0.95%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.75 ¢▲2.56%
  • Bitcoin64 965 $▼0.54%
  • Ethereum1 819 $▼0.84%
  • S&P 5007 417▼1.91%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Diaspor

Ermənistan azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı sorğunu cavablandırmaqdan imtina etdi

image-sirac-meherrem3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsveçdəki Azərbaycan diasporunun fəal üzvləri Abdulla Cavanşir Haşimi, Aida Amir Haşimi və Nadir Hollenbrandın təşəbbüsü ilə “Sərhədsiz Reportyorlar” təşkilatının bu ölkədəki nümayəndəliyinin https://www.reportrarutangranser.se saytında Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan azərbaycanlı jurnalistlərdən və Ermənistanın yolverilməz davranışından bəhs edən məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Busaat.az-a verilən məlumata görə, məqalədə bildirilir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov 2020-ci ildə baş verən müharibədən sonra öldürülən ilk jurnalistlərdir: “Müharibə zamanı 7 nəfərdən çox jurnalist yaralanıb, mina partlayışları nəticəsində ölən və yaralanan mülki şəxslərin sayı isə daha çoxdur”.

“Sərhədsiz Reportyorları”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbə müdiri Janna Kavalye deyib ki, iki jurnalistin ölümü KİV-də çalışan hər kəs üçün faciəli xəbərdir: “Bu regionda işləmək istəyən digər jurnalistləri də bənzər tale gözləyə bilər və yaxud onlara oraya səfər etməyə və reportajlar hazırlamağa icazə verilməyəcək”.J.Kavalye bu insidentin şəffaf şəkildə araşdırılması çağırışı ilə Azərbaycan və Ermənistan hakimiyyətlərinə müraciət edib.

Qeyd edilib ki, Ermənistan hakimiyyəti “Sərhədsiz Reportyorlar” təşkilatının azərbaycanlı jurnalistlərin ölümünün araşdırılmasını şərh etmək barədə sualına cavab verməyib.

Məqalədə İsveçdəki “Qarabağ” Azərbaycan Mədəniyyət Dərnəyinin əməkdaşı Aida Amir Haşiminin fikirlərinə də yer verilib. Soydaşımız bildirib ki, Kəlbəcər dünyada ən çox mina yerləşdirilmiş bölgələrdən biridir.

Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyi, yalnız 12 iyun 2021-ci il tarixində ölkəmizin 15 erməni diversantını təhvil verməsi müqabilində Ağdamda yerləşdirilmiş minaların xəritələrinin təqdim edildiyi nəzərə çatdırılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=51172