Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft110.91 $▲1.09%
  • WTI neft101.74 $▲0.94%
  • Avropa qazı (TTF)96.06 €▼0.03%
  • Təbii qaz (ABŞ)3.044 $▲0.23%
  • Qızıl4 013 $▼0.41%
  • Gümüş53.20 $▼1.02%
  • Pambıq78.51 ¢▼0.76%
  • Buğda614.50 ¢▲0.00%
  • Bitcoin79 686 $▼0.40%
  • Ethereum2 311 $▼0.39%
  • S&P 5007 677▲0.71%
20°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Siyasət

Ermənistan delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamasa PEŞMAN OLACAQ - Prezident

image-ilham-11
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Əfsuslar olsun ki, bizim Ermənistanla sülh razılaşmasına dair danışıqlara başlamağa hazır olmağımızla bağlı açıq bəyanatlarımız Ermənistan hökuməti tərəfindən cavablandırılmır.

Busaat.az  xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən bildirib.

“Bizim Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaqla bağlı böyük beynəlxalq tərəflərin dəstəklədiyi təklifimizə də Ermənistan hökuməti məhəl qoymur. Biz bunu başa düşə bilmirik. Əgər Ermənistan sülh istəyirsə, bizim də sülh sazişinə ehtiyacımız var. Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək.

Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr, peşman olacaqlar. Beləliklə, biz Qafqazda yeni inkişaf mərhələsinə hazırıq, biz sülhə hazırıq və biz bunu nümayiş etdiririk. Əminəm ki, Azərbaycana gələcək səfərləriniz zamanı görəcəksiniz ki, bizim sözlərimiz, bəyanatlarımız və imzamız eyni dəyərə malikdir”, – deyə ölkə başçısı əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=49497