Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 702 $▼0.04%
  • Ethereum2 233 $▼0.12%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

Ermənistan müxtəlif üsullarla sülh proseslərini uzadır - SƏBƏB/ŞƏRH

image-azerbaycan-ermenistan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi imzalamaq və reallıqları sənəd üzərində qəbul etməyi özü üçün təhlükə hesab edir. Ona görə də sülh müqaviləsini ləngitməyə, müxtəlif üsullarla ona mane olmağa çalışır”.

Bu sözləri Ermənistanın danışıqlar prosesində sülh yolunda qəti addımlar atmamısandan danışan “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, politoloq Rəfail Becanov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan xarici işləri nazirlərinin Vaşinqtonda 4 gün davam edən danışıqları konkret nəticə verməsə də, irəliyə doğru addımdır. İndiyə qədər keçirilən görüşlər zaman baxımından detallı müzakirə üçün uzunmüddətli olmurdu. Lakin bu dəfə müzakirələr 4 gün davam etdirildi:

image-teleqraf-com1440066282rafael-becanov

“Ermənistanın görüşün müddətindən, yerindən asılı olmayaraq prosesin yekunlaşmasına əngəl törətməyə çalışdığı hər kəsə məlumdur. Günahı da Azərbaycanın üzərinə yıxmağa cəhd edilir. Onlar iddia edirlər ki, 29800 kv.km ərazisi olan Ermənistan Respublikasının ərazi bütövlüyünü Azərbaycan hələ də tanımır. Bu, manipulyasiya cəhdidir. Çünki ona qədər Azərbaycan sülh prosesi üçün müvafiq şərtlər irəli sürüb və Ermənistan tərəfi də bunu qəbul edib. Lakin hələ də o şərtlərlə bağlı yekun söz deyilmir. Belə olan halda Azərbaycan hansı ərazini və niyə tanımalıdır?”

“Ermənistan tərəfi müxtəlif üsullarla danışıqlar prosesini uzatmağa çalışır. Paşinyan öz hakimiyyətini qorumağa hesablanmış addımlar atır. Yəni Paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi imzalamaq və reallıqları sənəd üzərində qəbul etməyi özü üçün təhlükə hesab edir. Ona görə də sülh müqaviləsini ləngitməyə, müxtəlif üsullarla ona mane olmağa çalışır”, – politoloq əlavə edib.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109368