Məzmuna keç
  • Brent neft89.96 $▼0.10%
  • WTI neft83.67 $▲0.82%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.777 $▲16.90%
  • Qızıl3 526 $▼0.19%
  • Gümüş40.93 $▼1.04%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda593.00 ¢▲0.13%
  • Bitcoin59 027 $▼4.66%
  • Ethereum1 621 $▼7.67%
  • S&P 5006 910▼3.72%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Siyasət

Ermənistan parlamenti üçtərəfli bəyanatın qanuniliyini müzakirə etməkdən imtina edib

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan parlamentinin deputatları növbəti iclasın gündəliyinə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9-10 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyinin müzakirə olunmasını daxil etməkdən imtina ediblər.

Busaat.az  xəbər verir ki, layihə “Maariflənmiş Ermənistan” fraksiyasının təşəbbüsü ilə təklif edilsə də, parlament səs çoxluğu ilə onu rədd edib.

Spiker Ararat Mirzoyan sənədin Dövlət və Hüquq Məsələləri Komissiyasında müzakirə olunduğunu və mənfi rəy aldığını qeyd edib.

“Mənim addımım” fraksiyasının nümayəndəsi Arusyak Julakyan bildirib ki, parlamentdə sənədin qanuniliyinin müzakirəsi proseduru nəzərdə tutulmayıb.

Öz növbəsində, “Maariflənmiş Ermənistan” fraksiyasının üzvü Taron Simonyan layihənin iki ay əvvəl parlamentə təqdim edildiyini, lakin sonra deputatların əksəriyyətinin iclasa gəlmədiyini bildirib. Bəyanatın əksər bəndlərinin artıq tətbiq olunduğu da qeyd edilib.

“Sənəddə müzakirə olunmayan yalnız bir bənd qalıb və indi nəzərdən keçiririk. Söhbət əsirlərin qaytarılmasından gedir. İmkandan istifadə edib bu tribunadan bu məsələni qaldırmağı təklif edirəm”,- deyə Simonyan vurğulayıb.

Səsvermə zamanı parlamentarilər səs çoxluğu ilə layihəni rədd ediblər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=31798