Ermənistan və Litva baş prokurorları əməkdaşlıq memorandumu imzaladı

image-download-1backend

Ermənistanın baş prokuroru Anna Vardapetyan Litvanın baş prokuroru Nida Qrunskiene ilə onlayn görüş keçirib.

Busaat.az xəbər verir ki, görüş zamanı iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Ermənistan və Litvanın baş prokurorları, həmçinin, birgə təlim layihələrinin həyata keçirilməsinə və bir sıra istiqamətlərdə təcrübə mübadiləsinin təşkilinə yönəlmiş ikitərəfli maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Onlar gələcəkdə korrupsiya cinayətlərinə dair işlərə prokuror nəzarətinin səmərəliliyinin artırılması, elektron cinayət işlərinin başlanması və s. Məsələlərlə bağlı əməkdaşlıq memorandumu imzalamaq barədə razılığa gəliblər.

Litvanın Baş prokuroru Ermənistan Baş Prokurorluğu ilə tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib və Ermənistan Baş Prokurorluğunun nümayəndə heyətini Litvanın sistemi ilə tanış olmaq üçün bu ölkəyə səfərə dəvət edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki