Ermənistan XİN rəhbəri Brüsselə səfər edəcək

image-araratbackend

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 23-dən 25-dək Brüsseldə işgüzar səfərdə olacaq.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edəcək, burada Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələləri, Azərbaycanın Laçın yolunu “bağlanması” nəticəsində Qarabağda yaranmış “humanitar böhrana” toxunacaq. Həmçinin Ermənistan XİN rəhbəri Avropa Parlamenti üzvlərinin suallarını cavablandıracaq.

Brüsselə səfəri çərçivəsində xarici işlər naziri Mirzoyan NATO-nun baş katibi Yens Stoltenberq, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell və Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə görüşəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90