Bu gün Ermənistanın təxribatı nəticəsində şəhid olan 2003-cü il təvəllüdlü Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonundandır.
Busaat.az xəbər verir ki, onun sabah rayonun Hunanlar kəndində dəfn edilməsi nəzərdə tutulub.
Bu gün şəhid olan baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu 1994-cü ildə anadan olub. Əslən Qəbələ rayonunun Vəndam qəsəbəsindəndir. Yasamalda, Badamdar qəsəbəsində yaşayıb. 2012-ci ildə Badamdarda 236 nömrəli tam orta məкtəbi bitirib. Azərbaycan Ali Hərbi Məкtəbindən məzun olub. 2020-ci ildə İкinci Qarabağ müharibəsinin iştiraкçısı olub. “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştiraкçısı” medalları ilə təltif olunub.
Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.