ABŞ-ın “Cross” şirkəti “fastfood” sevənlər üçün ayaqqabı istehsal edib.
Bu barədə “Metro” portalı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yeni modellər bu ilin yazında limitli sayda satışa çıxarılacaq.
Ayaqqabılar iki formada – klassik və hündür dabanlı olacaq.
Ayaqqabıların yuxarı hissəsində qızardılmış toyuq təsvir olunacaq.
Bundan əlavə, alıcılara qızardılmış toyuq ətirli zərgərlik məmulatları da təqdim ediləcək. Yeni modellərin qiyməti hələ ki, açıqlanmır.