Fransız və İsveç qırıcıları Finlandiya səmasında təlim uçuşu həyata keçirib.
Busaat.az xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin məlumat verib.
Məlumata görə, Fransanın “Rafale” və İsveçin “JAS 39 Gripen” qırıcıları Finlandiya səmasında təlim uçuşu keçirib. Uçuşda Finlandiyanın “F/A-18 Hornet” qırıcıları və A330 MMU yanacaq təyyarəsi də iştirak edib.
Açıqlamada bildirilib ki, bu birgə təlim Finlandiyanın hava məkanında həyata keçirilib və əməkdaşlıq məqsədini daşıyıb.
Hərbi ekspert Aleksandr Stepanovun sözlərinə görə, Qərb ölkələrinin Finlandiyada keçirdiyi “Lightning Strike 24” təlimləri NATO-nun Rusiya ilə mümkün qarşıdurmaya hazırlığını simvolizə edir. Ekspert qeyd edib ki, təlimlər Şimali Avropanın ən böyük hərbi poliqonu olan Rovaayarvi bölgəsində, Rusiya sərhədindən cəmi 100 kilometr məsafədə baş tutacaq.
Zeyd Bağırzadə