Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.53 $▲0.86%
  • WTI neft85.36 $▲0.41%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.193 $▲3.43%
  • Qızıl3 847 $▼0.79%
  • Gümüş47.03 $▼0.96%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 685 $▼1.75%
  • Ethereum1 789 $▼1.62%
  • S&P 5007 313▼1.45%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Formula 1 Azərbaycan Qran Prisi bu il baş tutmayacaq

Sebastian Vettel (GER) Ferrari SF16-H at Formula One World Championship, Rd8, European Grand Prix, Practice, Baku City Circuit, Baku, Azerbaijan, Friday 17 June 2016.
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) alınan qərara əsasən ictimaiyyətin nəzərinə çatdırır ki, Formula 1 Azərbaycan Qran Prisi bu il baş tutmayacaq.

BŞH-dən Busaat.az-a verilən məlumata görə, bu qərar davam edən qlobal koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası hökuməti, Formula 1 Dünya Çempionatının rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən aparılan geniş danışıqlar nəticəsində birgə qəbul olunub.

Koronavirus pandemiyasının səbəb olduğu və hazırda davam edən qeyri-müəyyən vəziyyət yarış obyektinin vaxtında tikilib başa çatmasına əngəl törətməklə yanaşı bu proses zamanı tikinti işçilərini və mühəndisləri sağlamlıq baxımından təhlükə altında qoyur. Bununla yanaşı, bütün dünyada ölkələr tərəfindən həyata keçirilən müxtəlif önləyici tədbirlər və həmçinin bu tədbirlərin ölkələr arasındakı səyahətə olan təsirləri bu il Bakıda yarış həftəsonunun reallaşması imkanını bir az da azaldır. Bütün bu səbəblər bizə Formula 1 Azərbaycan Qran Prisi 2020 yarışını ləğv etməkdən başqa seçim qoymur.

Bu qərarın alınmasında əməliyyat şirkətinin əsas məqsədi Azərbaycan xalqı ilə yanaşı ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığı və rifahını qorumaqdır.

Builki yarış həftəsonunun ləğvinə görə, alınan biletləri qaytarmaq istəyənlər əməliyyat şirkətinə [email protected] elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda alınan biletlər gələn il baş tutacaq yarış üçün saxlanılacaq.

Digər tərəfdən, bildirmək istərdik ki, builki yarış həftəsonunun ləğvi yerli promouter üçün hər hansı bir maliyyə öhdəliyi yaratmır və eyni zamanda builki yarışın keçirilməsi ilə bağlı ödənilmiş lisenziya haqqı olduğu kimi gələn ilki yarış mövsümünə ötürülür.

Fürsətdən istifadə edərək bütün dəstəkçilərimizə, müştərilərimizə və tərəfdaşlarımıza göstərdiyi anlayış səbəbindən təşəkkürümüzü bildirir, hər birinizi gələn il Bakıda baş tutacaq gözlənilməz və həyəcanverici yarış məqamları ilə dolu növbəti möhtəşəm yarışa səbirsizliklə gözləyirik.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=10982