Özünü hər zaman demokratiyanın beşiyi hesab edən Fransadakı daxili gərginliyin və vətəndaş itaətsizliyinin səbəbi nədir? Nə üçün bu hadisələr bu qədər genişləndi? Ermənistanla Azərbaycan arasındakı sülhün əldə edilməsində bu hadisələrin təsiri ilə Fransanın Cənubi Qafqazdakı siyasətində nə dəyişiklik gözlənilir?
Bu və ya digər suallar ətrafında sabiq millət vəkili, Cümşüd Nuriyev Busaat.az-a açıqlama verib:
“Əslində qoca Avropa heç vaxt demokratiyanın tərəfində olmayıb. Sanki, Avropa idarəçiləri demokratiyanın siyasi dəyənək statusunda görürlər.
Bu gün Avropada baş verənlər onu göstərir ki, bu gün Avropadakı demokratiya dəyərləri heç də Şərqdə düşünülən kimi deyil. Şərqdə insani dəyərlər və hörmət daha önəmlidir.
Avropada ailə dəyərləri və bu kimi əsas məhfumlar olmadığı üçün demokratiya məsələlərində də problemlər ortaya çıxır.
Konkret olaraq Fransa isə özünü Avropada demokratiyanın sükançısı elan etsə də bu ölkənin demokratik dəyərlərdən danışmağa haqqı çatmır.
Fransanın Əlcəzairdə və bir sıra Afrikada törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir. Fransanın Cənubi Qafqazda heç bir nüfuzu və hüququ yoxdur ki, bizim sülh məsələmizə təsir etsin.
Fransada irqi ayrı-seçkilik mövcuddur. Əgər bir şəxs qaradərilidirsə və müsəlmandırsa ona təzyiqlər olur və bəzən də onun həyatı təhlükəyə üzləşir. Hazırkı, Fransa lideri Makronun Azərbaycana qarşı qərəzli mövqeyinin səbəblərindən biri də onun İranəsilli erməni olmasıdır.
Güman ki, yaxın zamanlarda Makron xalq tərəfindən hakimiyyətdən uzaqlaşdırılacaq.
Çünki, Makron vaxtilə Şarl de Qonun nümunəvi ölkəyə çevirdiyi Fransanın bu gün inkişafdan geri qalan Afrika ölkələrinin vəziyyətinə salıbdır. Heç şübhəsiz ki, xalqını sevən, əsil ziyalı olan fransızlar həmrəy olaraq Makronun devrilməsinə nail olacaqlar…”
Bünyamin Bünyadzadə
Busaat.az