Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 687 $▼0.06%
  • Ethereum2 231 $▼0.20%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

"Fransa tərəfindən bu addım Azərbaycana təhdiddir..." - ŞƏRH

image-6662304
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək qərarına gəlib. Fransanın “Intelligence Online” nəşrinin yaydığı məlumatda bildirilib ki, bu addım ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edilib və hazırda faktiki olaraq rəsmiləşdirilir. Yeni hərbi attaşe Fransanın ölümcül silahlarının Ermənistana tədarükünə nəzarət edəcək.

1990-cı ildən NATO ölkələri Qafqaz regionuna silah satışını qadağan etmişdi. BMT münaqişə edən ölkələrə silah satılmasını qadağan etdiyi halda Fransa indiki vəziyyətdə nə üçün belə addım atır?

Mövzu ilə bağlı hərbi ekspert Alparslan İmamqulu Busaat.az-a açıqlamasında deyib:

“Fransanın ermənipərəst mövqeyi yenilik deyil. Ermənistanda hərbi attaşelik təyin olunması da Fransanın müstəqil şəkildə verəcəyi bir qərardır. Düşünürəm ki, bu baxımdan biz narahat olmalı deyilik.

Amma bizi narahat edən digər məqamlar odur ki, gələcəkdə iki ölkə arasında silah alqı-satqısı, xüsusən də Fransanın yüksəkdəqiqlikli, öldürücü silah sistemlərinin Ermənistana satışının təşkili Azərbaycan üçün ciddi mənada bir riskdir. Təbii ki, 90-cı illərdə bu istiqamətdə müəyyən qadağalar qoyulub. Bundan sonrakı dönəmlərdə qadağalara baxmayaraq, Azərbaycan bir sıra dövlətlərlə silah alış-verişini təmin edib. NATO üzvü olan Türkiyənin ortaq müdafiə sənayesinin inkişafı, İsraildən bir sıra yüksəkdəqiqlikli silah sistemlərinin təminatı baxımından Fransa tərəfindən bu addımı bir təhdid olaraq qiymətləndiririk”.

“Bununla yanaşı ona qarşı müəyyən tədbirlər görməliyik. Düşünürəm ki, görüləcək tədbirlərlə ola biləcək təhlükələrin qarşısı alına bilər, – ekspert qeyd edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110068