Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 702 $▼0.04%
  • Ethereum2 233 $▼0.12%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

Fransanın Ermənistanı silahlandırmasında məqsədi nədir? - ŞƏRH

image-france-armenia-table-flags-isolated-white-background-d-rendering-france-armenia-table-flags-isolated-white-d-178800118
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Hazırda Fransanın Ermənistanı silahlandırması prosesi icra olunur. Xüsusilə Fransanın Ermənistandakı səfirliyinə hərbi attaşenin təyin olunması birbaşa olaraq məhz həmin şəxsin Fransadan ötürülən silahların Ermənistana çatdırılması və bu işə nəzarət olunması yönündə fəaliyyət göstərir”.

Bunu Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesinin aktiv olduğu bir zamanda İsrail mətbuatında Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi haqqında dərc olunan xəbəri şərh edən politoloq İlyas Hüseynov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, regionda sülh istiqamətində mühüm təşəbbüslər irəli sürülür. Münxen Təhlükəsizlik Konfransı, ABŞ-nin vasitəçiliyi ilə keçirilən mühüm danışıqlar, Ermənistan-Azərbaycan XİN rəhbərləri səviyyəsində görüşlər təşkil olundu:

image-yap_ilyas_140320

“Brüssel sülh formatına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Görüş birbaşa olaraq sülh müqaviləsinin imzalanmasına, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasına, sərhədlərin delimitasiya və demorkasiyası məsələlərinə həsr olunmuşdu. Lakin biz regionda sülhü istəməyən qüvvələrin fəallaşdığını görürük. Hazırda Fransanın Ermənistanı silahlandırması prosesi icra olunur. Xüsusilə Fransanın Ermənistandakı səfirliyinə hərbi attaşenin təyin olunması birbaşa olaraq məhz həmin şəxsin Fransadan ötürülən silahların Ermənistana çatdırılması və bu işə nəzarət olunması yönündə fəaliyyət göstərir”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109926