Fransız filosof Lüsyen Sev koronavirusdan dünyasını dəyişib.
Busaat.az-ın məlumatına görə, bu barədə “TASS” xəbər verib.
Elm xadimi 94 yaşında vəfat edib.
Sev Fransada marksizm fəlsəfəsinin aparıcı nümayəndələrindən biri olub. O, insan problemləri və şəxsiyyət psixologiyasını marksizm nöqteyi-nəzərindən öyrənib.
Qeyd edək ki, Fransada koronavirusdan ümumilikdə 860 nəfər ölüb.